Türkiyə ordusundan terrorçulara növbəti zərbə

Türkiyə ordusundan terrorçulara növbəti zərbə
  01 Sentyabr 2018    Oxunub:3115
Türkiyə Silahlı Qüvvələrinin (TSQ) İraqın şimalında keçirdiyi anti-terror əməliyyatları çərçivəsində Hakkarinin azsaylı insan məskunlaşmış kənd ərazisi və Türkiyə ilə sərhəddəki Zap və Avaşin-Basyan bölgələrinə hava zərbələri endirilib.
AzVision.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə TSQ-nin rəsmi "Tvitter" səhifəsində məlumat yerləşdirilib.

Qeyd olunur ki, YPG/PKK terrorçularına qarşı keçirilən əməliyyatlarda türk hava qüvvələrinin zərbələri nəticəsində 7 terrorçu məhv edilib.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Türkiyə   YPG   İraq  





Xəbər lenti