Makkeyn hərbi akademiyada dəfn olunacaq

Makkeyn hərbi akademiyada dəfn olunacaq
  02 Sentyabr 2018    Oxunub:2705
ABŞ-ın nüfuzlu siyasətçilərindən olan senator Con Makkeynin dəfn mərasimi bazar günü keçiriləcək.
AzVision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, Makkeyn vaxtilə məzunu olduğu hərbi-dəniz akademiyasının ərazisində dəfn ediləcək. Sentyabrın 2-də akademiyanın kapellasında şəxsi mərasim olacaq. Orada yalnız mərhumun ailə üzvləri, dostları, həmçinin akademiyanın nümayəndələri iştirak edəcəklər.

Mərasimdən sonra Makkeyn kurs yoldaşı və yaxın dostu olmuş admiral Çak Larsonun məzarı yanında dəfn olunacaq.

Qeyd edək ki, Con Makkeyn avqustun 25-də 81 yaşında vəfat edib.

AzVision.az


Teqlər: Makkeyn  





Xəbər lenti