Gecə klubunda atışma: 1 ölü, 7 yaralı

Gecə klubunda atışma: 1 ölü, 7 yaralı
  02 Sentyabr 2018    Oxunub:2837
ABŞ-ın Klivlend şəhərində gecə klublarının birində silahlı insident baş verib.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində bir nəfər ölüb, yeddi nəfər yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Hadisənin kim tərəfindən törədilməsi barədə məlumat verilməyib.

AzVision.az


Teqlər: ABŞ   Atışma  



Xəbər lenti