Gürcüstan NATO-ya üzvü olmayacaq

Gürcüstan NATO-ya üzvü olmayacaq
  22 Oktyabr 2013    Oxunub:1160
Anders Foq Rasmussen belə deyib
Gürcüstan 2014-cü ildə NATO-nun üzvü olmayacaq. AzVision.az xəbər verir ki, bu barədə Brüssel görüşü zaman jurnalistlərə ittifaqın baş katibi Anders Foq Rasmussen məlumat verib.

“Gürcüstanın yeni hökuməti NATO-ya qoşulmaq istəyini bəyan etsə də, çox güman ki, gələn il belə olmayacaq. Odur ki, hələlik Gürcüstan-NATO Şurası çərçivəsində əməkdaşlıq edəcəyik”- deyə baş katib qeyd edib.

Xatırladaq ki, 2008-ci il Buxarest görüşündə Gürcüstan və Ukrayna ittifaqa qoşulmağı müsbət dəyərləndiriblər. Buna baxmayaraq, bir müddət sonra Ukrayna heç bir ittifaqa qoşulmamağa qərar verdi.

Elə buna görə də Alyans rəsmi Kiyevlə də Ukrayna-NATO Şurası çərçivəsində əməkdaşlıq edəcək.

Qeyd edək ki, bu yaxınlarda NATO və Rusiyanın müdafiə nazirlərinin görüşü gözlənilir.

Ləman Əzizli
AzVision.az



Teqlər:  





Xəbər lenti