Qarabağda erməni əsgər intihar edib

Qarabağda erməni əsgər intihar edib
  03 Sentyabr 2018    Oxunub:5797
Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsində qanunsuz yerləşən “N” saylı hərbi hissədə erməni hərbi qulluqçunun cəsədi tapılıb.
AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, ötən axşam saat 21:00 radələrində cəsədi tapılan hərbi qulluqçu 1996-cı il təvəllüdlü Vanik Gevorkyandır. İlkin ehtimallara görə, o, intihar edib. Hazırda intiharın səbəbləri araşdırılır.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Qarabağ   Hərbi   İntihar  





Xəbər lenti