Ermənistanda növbədənkənar seçkilərin vaxtı açıqlandı

Ermənistanda növbədənkənar seçkilərin vaxtı açıqlandı
  03 Sentyabr 2018    Oxunub:2624
"Ermənistanda növbədənkənar parlament seçkiləri 2019-cu ilin mayında, yaxud iyunun birinci on günlüyündə keçirilməlidir".
AzVision.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu baş nazir Nikol Paşinyan "Facebook"da canlı yayımda deyib.

O qeyd edib ki, Ermənistan Konstitusiyasında dəyişikliklər üzərində hazırlıq işləri görülür. Belə ki, dəyişiklikdən sonra baş nazir istefa vermədən parlamentin buraxlması mümkün olacaq.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Ermənistan   Parlament  



Xəbər lenti