Butulka üzərində rəsm çəkən qız - VİDEO+FOTOLAR

Butulka üzərində rəsm çəkən qız - VİDEO+FOTOLAR
  03 Sentyabr 2018    Oxunub:23057
Müsahibimiz Gülbəs Ayvazın 27 yaşı var. O, qeyri-adi istedadı ilə digər həmyaşıdlarından seçilir. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında təhsil alan Gülbəsin əsas ixtisası toxuculuq olsa da, daha çox rəsm çəkməklə məşğul olur.


Güzgü və şüşə butulkaların üzərində harüqələr yaradan Gülbəsin əl işləri ilə yaxından tanış olmaq üçün onunla iş masasının ətrafında söhbətləşdik. Gənc rəssam bu ilin aprel ayından güzgü və şüşə butulka üzərində rəsmlər çəkir. İlk işini Nizami Gəncəvinin “Yeddi gözəl” əsərinə həsr edib. Gülbəs daha sonra tanınmış şəxslərin portretlərini çəkməyə başlayıb.



O, hazırladığı əsərlərdən danışarkən həyəcanlı olsa da, işləyərkən özünü daha rahat hiss etdiyini deyir. Buna iş prosesində də şahid olduq. Gülbəs butulka üzərində işləmək üçün öncə onları spreylə rəngləyir, sonra nəvazişlə üzərində işləməyə başlayır.



Müsahibimiz butulka üzərində işləri maksimum 3 günə bitirir. Sifarişlər əsasən portretlərlə bağlı olur. Qiymətlər 30-35 manat arasında dəyişir. Güzgü üzərində çəkilmiş hazır rəsmlərin qiyməti isə 25 manatdır.



Gülbəs butulka ilə yanaşı taxta üzərində də rəsmlər çəkir. Onların sifariş qiyməti 50 manatdır. Kiçik odunlar üzərində olan hazır işlərin qiyməti 5-7 manat arasında dəyişir. Gənc qız bu işə yeni başlasa da, sosial şəbəkələrdə kifayət qədər özünü tanıda bilib.































































Anar Kəlbiyev
Foto: Elvin Abdulla
Video: Əhməd Xəlilov, Bəxtiyar Məmmədov

AzVision.az


Teqlər: Rəssam   Rəsm  





Xəbər lenti