İrəvanda sahibkarlar etiraz aksiyası keçirir - VİDEO

İrəvanda sahibkarlar etiraz aksiyası keçirir - VİDEO
  03 Sentyabr 2018    Oxunub:2714
Ermənistanda hökumət binası qarşısında etiraz aksiyası keçirilir.

AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, etiraza qalxanlar "Arminc Moly" şirkətinin işçiləridir. Onlar Ermənistana gətirilən malların nəqliyyat xərclərinin artırılmasından şikayətlənirlər. Bildirirlər ki, xərclərin artması kiçik və orta sahibkarlar üçün problemlər yaradıb.
"Qiymətlərin artması yaxşı heç nə vəd etmir. Belə yoxsul vəziyyətdə qiymətlərin qaldırılmasına ehtiyac vardı?", - deyə aksiya iştirakçılarından olan "Həmrəylik" təşkilatının sədri Armen Nersisyan bildirib.

Aksiya iştirakçıları Ermənistanın baş naizri Nikol Paşinyanla görüş tələb edirlər.



Alpər Mövludoğlu
AzVision.az


Teqlər: İrəvan   Etiraz   Aksiya  



Xəbər lenti