Əfqanıstanda 3 məktəbə silahlı hücum edilib

Əfqanıstanda 3 məktəbə silahlı hücum edilib
  03 Sentyabr 2018    Oxunub:3069
Əfqanıstanın şərqindəki Paktika əyalətində yerləşən 3 məktəbə silahlı hücum edilib.
AzVision.az “Xinxua” agentliyinə istinadən bildirir ki, bu barədə əyalətin təhsil departamentinin direktor müavini Nasim Vacid məlumat verib.

Vacidin sözlərinə görə, səhər saatlarında naməlum silahlılar əyalətin 2 məktəbinə əl qumbarası ilə hücum ediblər. Digər məktəbə isə raket mərmisi atılıb. Xoşbəxtlikdən hücum zamanı məktəblərdə şagird və müəllim olmayıb. Lakin məktəb binalarına ciddi ziyan dəyib.

Məktəblərə silahlı hücumla bağlı hələlik heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Əfqanıstan  



Xəbər lenti