ABŞ-da silahlı hücum: 10 nəfər yaralanıb

ABŞ-da silahlı hücum: 10 nəfər yaralanıb
  03 Sentyabr 2018    Oxunub:2523
ABŞ-ın Kaliforniya ştatının San-Bernardino şəhərində silahlı hücum baş verib.
AzVision.az xarici mediaya istinadən xəbər verir ki, ötən gecə yaşayış binasının istirahət məkanında oyun oynayan və dincələn sakinlərə qarşı odlu silahla hücum edilib. Nəticədə 10 nəfər yaralanıb, onlardan 3-nün vəziyyəti ağırdır.

Hücumun kim tərəfindən və hansı səbəblə edildiyi bilinmir. Hadisə yerindən silahlar tapılmayıb. Hazırda insidentlə bağlı istintaq aparılır.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: ABŞ  





Xəbər lenti