Azərbaycanlı hakim İslandiya-Estoniya matçını idarə edəcək

Azərbaycanlı hakim İslandiya-Estoniya matçını idarə edəcək
  03 Sentyabr 2018    Oxunub:6577
Azərbaycanlı hakim İslandiya-Estoniya matçına təyinat alıb.
AzVision.az AFFA-nın saytına istinadən xəbər verir ki, 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin 2-cı qrupunda, sentyabrın 6-da keçiriləcək İslandiya – Estoniya oyununun baş hakimi Rəhim Həsənov olacaq. Ona Yaşar Abbasov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Ömər Paşayev yerinə yetirəcək.

AzVision.az


Teqlər: Hakim   Təyinat  





Xəbər lenti