İdlib problemi bir dəfəyə həll edilə bilməz – İran XİN

İdlib problemi bir dəfəyə həll edilə bilməz – İran XİN
  03 Sentyabr 2018    Oxunub:2517
Suriyanın İdlib təhlükəsizlik zonası ətrafında yaranan problem olduqca qarışıqdır və danışıqlar masası arxasına bir dəfə oturmaqla həll edilə bilməz.
AzVision.az xəbər verir ki, İran XİN-in sözçüsü Bəhram Qasımi bu gün keçirdiyi həftəlik brifinqdə belə deyib.

“İdlibdəki problemin həlli asan olmayacaq. İdlib Suriya müxalifətinin son dayaq nöqtəsi olduğu üçün ən qarışıq mövzulardan biridir. Suriya hökuməti İdlibdə hərbi əməliyyatlara başlamaqda qərarlıdır. İran Bəşər Əsəd rejiminə dəstəyini davam etdirəcək.” – deyə, Qasımi vurğulayıb.

İran XİN-in rəsmisi onu da bildirib ki, Suriyada siyasi nizamlanmaya dair 7 sentyabrda Tehranda baş tutacaq Rusiya-Türkiyə-İran sammiti Suriyada sülh və təhlükəsizliyin bir addım irəliyə aparılmasına töhfə verəcək.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: İdlib   İran   Suriya  





Xəbər lenti