Putin İrana gedir

Putin İrana gedir
  03 Sentyabr 2018    Oxunub:2589
Rusiya prezidenti Vladimir Putin sentyabrın 7-də İrana işgüzar səfər edəcək.
AzVision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, səfər zamanı Putin Suriya böhranının həlli ilə bağlı danışıqlarda iştirak edəcək, həmçinin iranlı və türkiyəli həmkarları ilə təkbətək görüşlər keçirəcək.

“İran prezidenti Həsən Ruhani və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüş zamanı Suriyadakı vəziyyətin normallaşması üçün birgə səylər müzakirə ediləcək”, - məlumatda qeyd olunub.

AzVision.az


Teqlər: Rusiya   Putin  





Xəbər lenti