İŞİD terrorçularının gəlirləri 10 dəfə azalıb

İŞİD terrorçularının gəlirləri 10 dəfə azalıb
  04 Sentyabr 2018    Oxunub:2691
İŞİD terror qruplaşmasının gəlirləri 2014-cü ildən bəri 10 dəfə azalıb.
Bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin operativ informasiya və beynəlxalq münasibətlər xidmətinin rəhbəri Sergey Beseda bildirib.

"2014-cü ildə olan maliyyə gəlirləri ilə müqayisə etsək, o vaxt bu rəqəm, təxminən, 3 milyard dollar idi. İndi isə İŞİD terror qruplaşması ildə 200-300 milyon dollar ala bilir", - S.Beseda deyib.

Onun sözlərinə görə, gəlirlərin azalması neft hasilatından və yaraqlıların nəzarət etdikləri ərazilərdə tətbiq etdikləri vergilərdən gələn maliyyənin aşağı düşməsi ilə bağlıdır.

AzVision.az


Teqlər: İŞİD  





Xəbər lenti