Türk nazir ermənilərə görə otelin mətbəxindən qaçdı

Türk nazir ermənilərə görə otelin mətbəxindən qaçdı
  22 Oktyabr 2013    Oxunub:1212
Los-Ancelosun erməni icması, bu gün Türkiyə baş nazirinin müavini Əli Babacanın səfərinə etiraz olaraq aksiya keçiriblər.
AzVision.az türk mətbuatına istinadən xəbər verir ki, aksiya zamanı diqqətiçəkən maraqlı məqamlar qeydə alınıb. Əli Babacanın rəhbərliyi ilə Türkiyə nümayəndə heyəti Los Angeles İntercontinental Otelində World Affairs Counculun verdiyi narahra qatılıb. Nazir naharda çıxış etdiyi bir vaxtda erməni təxribatçıları otelin giriş qapısında aksiya keçiriblər.

Polisin xəbərdarlığına baxmayaraq, ermənilər aksiyanı davam etdiriblər. Türkiyə nümayəndə heyətini otelin mühafizə xidməti mətbəxdəki çıxış qapısından keçirərək hava limanına aparıblar. Onlar San Fransiskoya yola düşüblər.

Qeyd edək ki, oktyabrın 21-də Türkiyənin baş nazirinin müavini Əli Babacan, Los-Ancelosun Beynəlxalq Əlaqələr Şurasında Türkiyənin iqtisadiyyatı və xarici siyasət, Amerika ilə Türkiyə arasında iş birliyi, eləcə də regiona iqtisadi investisiya yatırımları barədə çıxış edib.

AzVision.az



Teqlər:  





Xəbər lenti