Bakıda Rusiya kino həftəsi keçiriləcək

Bakıda Rusiya kino həftəsi keçiriləcək
  04 Sentyabr 2018    Oxunub:9130
Sentyabrın 7-də 10-dək Nizami Kino Mərkəzində Rusiya Mədəniyyət Nazirliyinin dəstəyi, Mədəniyyət Nazirliyi, Rusiyanın “Kinofest” Prodüser Mərkəzi və Nizami Kino Mərkəzinin təşkilatçılığı ilə Rusiya Kino Günlərinin açılış mərasimi keçiriləcək.
Mərkəzdən AzVision.az-a verilən məlumata görə, açılış mərasimində Rusiya kinematoqrafiyasının simaları və “Kinofest” Prodüser Mərkəzinin nümayəndələri iştirak edəcək.

Açılış mərasiminin rəsmi hisssindən sonra rejissor Serqey Mokritskinin 2018-ci ildə istehsal olunmus fentezi janrında çəkdiyi “Çernovik” bədii filmi nümayiş olunacaq.

Qeyd edək ki, Kino Günləri çərçivəsində sentyabrın 8-də rejissor Yekaterina Teleqinanın Azərbaycan aktyorlarının da yer aldığı komediya janrında çəkdiyi “Kilimandjara” filmi, sentyabrın 9-da rejissor Danila Kozlovskinin dram janrında çəkdiyi “Trener” filminin, sentyabrın 10-da Klim Şipenkonun dram janrında çəkdiyi “Salyut - 7” bədii filmi şəhər sakinlərinə və şəhərimizin qonaqlarına təqdim olunacaq.

Nizami kino Mərkəzində Rusiya Kinosu həftəsi çərçivəsində nümayiş olunacaq filmərin seansları hər gün saat 18:30-da kinomərkəzin böyük zalında başlayacaq. Nümayişlərə giriş sərbəstdir.

AzVision.az


Teqlər: Kino   Rusiya  





Xəbər lenti