Kolumbiya İsrailin tələbini rədd etdi

Kolumbiya İsrailin tələbini rədd etdi
  04 Sentyabr 2018    Oxunub:2681
Kolumbiya prezidenti İvan Duke bəyan edib ki, Fələstin dövlətini tanımaq barədə onun sələfinin qəbul etdiyi qərardan geriyə dönüş yoxdur.
AzVision.az xəbər verir ki, bu barədə İsrailin “HAARETZ” qəzeti məlumat yayıb.

İvan Dukenin sözlərinə görə, Kolumbiyanın xarici məsələlər üzrə məsləhətçi komissiyasında bu mövzunu müzakirə etmək imkanına sahibdir. Lakin sələfinin ölkə prezidenti olduğu dövrdəki qərarlarına hörmət edir. Bununla belə, Duke İsrail-Fələstin münaqişəsinin “iki dövlət” prinsipi əsasında həllinin ən optimal olduğunu bildirib. Amma Kolumbiya prezidentinin fikrincə, bu problemin həlli Qəzza zonasında “Həmas” silahlı hərəkatının mövcudluğu ilə bir qədər çətinləşir.

Qeyd edək ki, Kolumbiyanın İvan Dukedən əvəlki prezidenti Xuan Manuel Karlos Fələstini müstəqil dövlət kimi tanıyıb. Lakin onun bu qərarı barədə yalnız 8 avqustda Fələstin hökumətinin Boqotodakı diplomatik missiyası xəbər yayandan sonra məlum olub. İvan Duke Markes isə avqustun 7-də Kolumbiyanın yeni prezidenti seçilib.

Sabiq prezidentin müvafiq qərarından xəbərsiz olan İsrail hökuməti bunu müttəfiqliyə zərbə və İsrailə sillə kimi qiymətləndirib. İsrail hökuməti Kolumbiyanın Fələstinin müstəqil dövlət kimi tanınması qərarına yenidən baxmasını istəyir.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Kolumbiya   Fələstin   İsrail  





Xəbər lenti