Londonda məktəb binası yandı

Londonda məktəb binası yandı
  04 Sentyabr 2018    Oxunub:2268
Bu gün səhər saatlarında Böyük Britaniyanın paytaxtı Londonun şərqindəki Daqenham şəhərində yerləşən Rodinq ibtidai təhsil məktəbində irimiqyaslı yanğın baş verib.
AzVision.az “İndependent”ə istinadən xəbər verir ki, məktəbdəki yanğını söndürmək üçün 12 yanğınsöndürən maşın və 80 yanğınsöndürən cəlb olunub.

London Yanğından Mühafizə Briqadasının məlumatına əsasən, yanğının daha geniş əraziyə yayılması və partlayış baş verməməsi üçün məktəb binasındakı qaz balonları tez bir şəkildə alovdan uzaqlaşdırılıb.

İnsident nəticəsində xəsarət alan olmayıb.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Britaniya   London  





Xəbər lenti