Qabonda iri neft ehtiyatları tapıldı

Qabonda iri neft ehtiyatları tapıldı
  04 Sentyabr 2018    Oxunub:3010
Mərkəzi Afrikada və Atlantik okeanın sahillərində yerləşən Qabon respublikasında irimiqyaslı neft ehtiyatları kəşf olunub.
AzVision.az “offshoreenergytoday.com”a istinadən xəbər verir ki, yeni neft yataqlarını Norveçin “Panoro Enerji” şirkəti kəşf edib. Yeni neft ehtiyatları Qabonun Atlantik okeanındakı ərazi sularında yerləşən “Dussafu Ruche Nord-Est” yatağında aşkarlanıb. Bu, “Panoro Enerji”nin həmin yataqdakı sayca 9-cu uğurlu kəşfidir.

“Bu, Dussafudakı növbəti həyəcanlandırıcı neft kəşfidir. 2011-ci ildən etibarən biz bu yataqda 9 uğurlu qazma-axtarış əməliyyatları yerinə yetirərək neft ehtiyatları tapmışıq. Bu cür pozitiv nəticədən məmnunuq və yeni kəşf edilən neft yatağın qiymətləndirilməsi işinə başlayacağıq.” – deyə, “Panoro Enerji”nin icraçı direktoru Con Hamilton bəyan edib.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Qabon   Neft  





Xəbər lenti