ATƏT-in baş katibi Bakıya gələcək

ATƏT-in baş katibi Bakıya gələcək
  04 Sentyabr 2018    Oxunub:2790
ATƏT-in baş katibi Tomas Qreminger Azərbaycana səfər edəcək.
Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev AzVision.az-a bildirib ki, səfər sentyabrın 11-də baş tutacaq.

Onun sözlərinə görə, T.Qremingerin Bakıya səfəri çərçivəsində keçərəcəyi görüşlərdə qurumla Azərbaycan arasında siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunacaq.

Xatırladaq ki, Tomas Qreminger sentyabrın 4-də Ermənistanda işgüzar səfərdə olacaq.

AzVision.az


Teqlər: ATƏT   XİN   Azərbaycan  





Xəbər lenti