Paşinyan Moskvaya “2-ci Xaçaturov” zərbəsi vurmağa hazırlaşır
Mənbələrin dediyinə görə, “Tiqran Sarkisyana qarşı istintaq prosesi əslində çoxdan başladılmadı idi. Lakin KTMT-nin baş katibi Yuri Xaçaturovun cinayətdə ittiham edilməsi Rusiyanın sərt reaksiyasına səbəb olduğundan rəsmi İrəvanın bu addımına bir qədər mane oldu. Çünki Moskva bu məsələdə Ermənistan rəhbərliyinin davranışını özünə qarşı təxribat və KTMT-nin nüfuzdan salınması kimi qiymətləndirir.”
Bununla belə qeyd olunub ki, Kreml və Rusiya XİN tərəfindən İrəvanın ünvanına tənqidi bəyanatlar səslənməsinə baxmayaraq, Paşinyan hökuməti Moskvaya və onun liderlik etdiyi digər təşkilatın nüfuzuna növbəti zərbə vurmağı planlaşdırır. Odur ki, İrəvanın bu dəfəki davranışı tamam fərqli nəticələrə gətirib çıxara bilər.
Leyla Elbrusqızı
AzVision.az
Teqlər: Ermənistan Rusiya Aİİ