İspaniya Səudiyyəyə lazer bombası satmayacaq

İspaniya Səudiyyəyə lazer bombası satmayacaq
  04 Sentyabr 2018    Oxunub:2507
İspaniya hökuməti Səudiyyə Ərəbistanına 400 ədəd yüksək dəqiqlikli lazer bombalarının satışını dayandırmaq üçün prosedur başladıb.
AzVision.az İspaniyanın rəsmi dövlət xəbər agentliyi “EFE”yə istinadən xəbər verir ki, ərəb ölkələri koalisiyasının husilərə qarşı keçirdiyi hərbi əməliyyatlar çərçivəsində Səudiyyə Ərəbistanı Silahlı Qüvvələri tərəfindən həmin lazer bombalarının Yəməndə istifadə edilə biləcəyini əsas tutaraq İspaniya Müdafiə Nazirliyi onların satışını dayandırmağı planlaşdırır.

Nazirlikdən onu da bildiriblər ki, bombaların alınması üçün Səudiyyənin əvvəlcədən ödədiyi 9,2 milyon avro (10,6 milyon ABŞ dolları) da Ər-Riyada geri qaytarılacaq. Bununla da, İspaniya ilə Səudiyyə arasında imzalanan 2015-ci il müqaviləsi etibarsız olacaq.

Qeyd edək ki, ötən il İspaniya Səudiyyəyə 270 milyon avro məbləğində silah satıb. Yəməndə müharibənin başladığı 2015-ci ildən etibarən isə İspaniyanın Ər-Riyada satdığı silahın ümumi dəyəri 900 milyon avrodur.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: İspaniya   Səudiyyə  





Xəbər lenti