Dağıstanda vəzifəli şəxs həbs olundu

Dağıstanda vəzifəli şəxs həbs olundu
  04 Sentyabr 2018    Oxunub:2256
Dağıstanda “Xəzər” avtomobil yolları federal idarəsinin respublika filialının rəhbəri Məhəmmədrəsul Ömərov həbs edilib.
AzVision.az xəbər verir ki, bu barədə “RİA Novosti”yə hüquq-mühafizə orqanlarındakı mənbə bildirib. Vurğulanıb ki, hazırda qurumun ofisində axtarış-əməliyyat tədbirləri davam etdirilir və Ömərova qarşı cinayət işinin açılması məsələsinə baxılır. Lakin mənbə, Ömərovun məhz nədə ittiham olunduğunu dəqiq bildirməyib.

Qeyd edək ki, Rusiyanın 4 subyektindəki min kilometrlərlə federal avtoyollar Xəzər” avtomobil yolları federal idarəsinin səlahiyyətinə daxildir.

Onu da xatırladaq ki, Rusiyanın ən yoxsul regionlarından sayılan Dağıstan Respublikasında fevraldan etibarən Moskvadan gələn güc strukturlarının xüsusi komissiyası korrupsiyaya qarşı mübarizə tədbirləri həyata keçirməyə başlayıb. Bu müddət ərzində aparılan əməliyyatlar nəticəsində korrupsiya əməllərinə görə respublikanın sabiq baş naziri, onun iki müavini və təhsil naziri, həmçinin, Dağıstan gömrük idarəsinin rəis müavini və tibbi-sosial ekspertiza bürosunun keçmiş direktoru, Mahaçqalanın baş memarı və meri də həbs olunublar.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Dağıstan   Rusiya  





Xəbər lenti