ATƏT-in baş katibi İrəvanda Qarabağı müzakirə edib

ATƏT-in baş katibi İrəvanda Qarabağı müzakirə edib
  04 Sentyabr 2018    Oxunub:2615
İrəvanda səfərdə olan ATƏT-in baş katibi Tomas Qreminqer Ermənistanın xarici işlər naziri Zohrab Mnatsakanyanla görüşüb.

AzVision.az Ermənistan XİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, görüş zamanı İrəvanın müxtəlif sahələrdə, həmçinin “Ermənistanla tərəfdaşlıq” proqramı çərçivəsində ATƏT-lə əməkdaşlıq məsələləri, Ermənistanda daxili siyasi vəziyyət və islahatlar, həmçinin korrupsiya ilə mübarizə məsələləri müzakirə olunub.
Görüşdə Qreminqer və Mnatsakanyan həmçinin, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinə də toxunublar, danışıqlar prosesindəki son irəliləyişləri müzakirə ediblər. Tərəflər münaqişənin ATƏT-in Minsk qrupunun həmsədrliyi çərçivəsində yalnız sülh yolu ilə həllinin vacibliyini vurğulayıblar.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Azərbaycan   Ermənistan   DağlıqQarabağ   ATƏT  





Xəbər lenti