ABŞ sanksiyaları ölkə iqtisadiyyatına zərbə vuracaq – Erməni nazir

ABŞ sanksiyaları ölkə iqtisadiyyatına zərbə vuracaq – Erməni nazir
  05 Sentyabr 2018    Oxunub:2573
ABŞ-ın Rusiya və İrana qarşı tətbiq etdiyi sanksiyialar Ermənistan iqtisadiyyatına təsirsiz ötüşməyəcək. AzVision.az xəbər verir ki, bu barədə Ermənistanın iqtisadi inkişaf və investisiyalar naziri Artsvik Minasyan jurnalistlərə açıqlamasında bəyan edib.
“Əlbəttə ki, sanksiyaların iqtisadiyyatımıza mənfi təsiri olacaq. Lakin sanksiyaların Ermənistan iqtisadiyyatına vuracağı zərbələrin analizini hələ aparmamışıq və rəhbərlik etdiyim nazirlikdə bu zərbələrin özünü nədə göstərəcəyi ilə bağlı tam təsəvvürümüz yoxdur.” – deyə, erməni nazir bildirib.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Ermənistan   Rusiya   ABŞ   İran  



Xəbər lenti