Azercell Beynəlxalq İnformatika Olimpiadasında şagirdlərimizə dəstək olur
Belə ki, məktəblilər olimpiadaya yola düşməzdən öncə “Azercell Telekom” MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzində xüsusi hazırlıq keçiblər. Məşğələlərdə əsas məqsəd şagirdlərin olimpiadalara hazırlıq prosesinin stimulllaşdırılması, onların elmi-yaradıcı təşəbbüslərinin artırılması, elmi potensialının nümayiş etdirilməsi üçün şəraitin yaradılması, müxtəlif müsabiqələr nəticəsində müəyyənləşdirilmiş istedadlı şagirdlərlə səmərəli hazırlığın həyata keçirilməsi olub.
2019-cu ildə Bakı şəhərində keçiriləcək Beynəlxalq İnformatika Olimpiadasında Azərbaycan məktəbliləri ilk dəfə hələ 1994-cü ildə, iştirak edib. Bu beynəlxalq tədbirdə Azərbaycan bu günə qədər 1 gümüş, 4 bürünc olmaqla 5 medal qazanıb. Beynəlxalq İnformatika Olimpiadasının keçirilməsində məqsəd kompüter bilikləri sahəsində xüsusi qabiliyyətli gəncləri tanıtmaq, informatika elminin önəmini gənclərə çatdırmaqdır.
Teqlər: