Kim Çen In Trampa şikayət etdi

Kim Çen In Trampa şikayət etdi
  06 Sentyabr 2018    Oxunub:1945
Şimali Koreya lideri Kim Çen In onunla görüşən Cənubi Koreya prezidentinin xüsusi elçisindən ABŞ rəhbərliyinə mesaj çatdırmasını istəyib.
AzVision.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb. Qeyd olunur ki, Şimali Koreya lideri ilə görüşdən sonra xüsusi elçi Kim Çen Inın Vaşinqtonun mövqeyilə razılaşmadığını deyib. Çen Ina görə, Koreya yarımadasının nüvəsizləşdirilməsi prosesində heç bir irəliləyişin olmamasına dair ABŞ-ın qiymətləndirməsi yanlışdır. Çünki Phunqeri nüvə poliqonunun tam sökülməsi Şimali Koreyanı yeni nüvə sınaqları keçirmək imkanından praktiki olaraq məhrum edib.

Bu mənada, Kim Çen Inın fikrincə, beynəlxalq ictimaiyyət Koreya yarımadasının nüvəsizləşdirilməsi istiqamətində Pxenyanın atdığı addımları və səylərini tam qiymətləndirmir. Məsələ ilə bağlı narazılığının ABŞ rəhbərliyinə çatdırılmasını istəyən Kim Çen In bununla belə, yarımadada vəziyyətin nizamlanması prosesinin uğurla başa çatacağına və 2021-cı ilin yanvarında Donald Trampın ilk prezidentlik müddəti bitənədək, ABŞ-la Şimali Koreya arasındakı münasibətlrin normallaşacağına ümid etdiyini bildirib.

Kim Çen In onu da vurğulayıb ki, Koreya yarımadasında müharibə vəziyyətinin sona çatması barədə formal saziş imzalanmasını regionda ABŞ Silahlı Qüvvələrinin mövcudluğu ilə əlaqələndirmir.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Koreya   ABŞ  





Xəbər lenti