Kiyevdə helikopter qəzaya düşüb

Kiyevdə helikopter qəzaya düşüb
  06 Sentyabr 2018    Oxunub:2207
Bu gün səhər saatlarında Ukraynanın paytaxtı Kiyevdə mülki helikopter yerə çırpılıb.
AzVision.az xəbər verir ki, bu barədə Ukrayna Milli Polisinin Kiyev İdarəsinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, özəl şirkətə məxsus mülki helikopter Truxanov adasında qəzaya düşüb. Hadisə yerinə polis və xilasedicilər cəlb olunublar və yaralanan 2 nəfər xəstəxanaya yerləşdirilib. Hazırda insidentlə bağlı cinayət işi açılıb və qəzanın baş vermə səbəbləri araşdırılır.



Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Ukrayna   Kiyev  





Xəbər lenti