Lukaşenko kartof və qarpız yığıb

Lukaşenko kartof və qarpız yığıb
  06 Sentyabr 2018    Oxunub:2334
Belarusun prezidenti Aleksandr Lukaşenko əkin sahəsində sahədə kartof və qarpız yığımında iştirak edib.
AzVision.az xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb. Qeyd edilib ki, sahədə üç çeşidli kartof yetişdirilir: Belarus seleksiyaçıları tərəfindən yetişdirilən “Uladar”, eləcə də Almaniyanın “Kraliça Anna” və “Satina” sortları. 1,5 hektar ərazidə hasil edilən məhsulun çəkisi 60 ton olub.

Beləliklə, bir hektar üçün məhsul 400 sentner olub. Eyni zamanda prezident və onun köməkçiləri sahədə şirin meyvənin də dadına baxıblar.

Aytən Zəhra
AzVision.az


Teqlər: Belarus   Kartof  





Xəbər lenti