İrəvanda etiraz aksiyası keçirilir - Video

İrəvanda etiraz aksiyası keçirilir - Video
  06 Sentyabr 2018    Oxunub:2251
Ermənistanın paytaxtı İrəvanın Şenqavit rayonunda bu dəqiqələrdə etiraz aksiyası keçirilir. Aksiyaya toplaşanlar paytaxtda zibillərin yığılması ilə məşğul olan “Sanitek” şirkətinin yarıtmaz fəaliyyətinə etiraz edirlər.
AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, artıq neçə aylardır İrəvan küçələrində anti-sanitariya baş alıb gedir. Paytaxtın əsas və məhəlli küçələrində zibillər zamanında götürülmür, küçələr süpürülmür. Vəziyyət dözülməz hal aldığından İrəvan sakinləri bu gün mitinqə çıxıblar.

Onlar pataxt küçələrindəki zibillərin yığılmasına cavabdeh “Sanitek” şirkətini öz vəzifəsini yarımçıq icra etməkdə günahlandırırlar. Şikayətlərinə məhəl qoyulmadığından, etirazçılar daha sonra şirkətin ofisinə basqın ediblər.



Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Ermənistan   İrəavan  





Xəbər lenti