Sarkisyanın qardaşı qızı polisə təslim olub

Sarkisyanın qardaşı qızı polisə təslim olub
  06 Sentyabr 2018    Oxunub:2385
Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın qardaşı Levon Sarkisyanın axtarışda olan qızı Ani Ermənistan hüquq-mühafizə orqanlarına təslim olub. AzVision.az xəbər verir ki, bu barədə Ermənistanın Xüsusi İstintaq Xidməti məlumat yayıb.
Qeyd olunur ki, Ani Sarkisyan sentyabrın 1-də üzə çıxaraq Ermənistan polisinə təslim olub.

Xatırladaq ki, Serj Sarkisyanın qardaşı Levon Sarkisyan, həmçinin, qızı Ani və oğlu Narek Sarkisyan gəlir bəyannaməsindən yayınaraq qanunsuz varlanmada, sənədlərin saxtalaşdırılmasında və qanunsuz sahibkarlıq fəaliyyətində ittiham edilirlər.

29 iyulda Ermənistanın Dövlət Gəlirləri Komitəsinin istintaq idarəsi Narek Sarkisyanın evində axtarış apararaq Levon və Aninin adına 6,8 milyon dollarlıq bank əmanəti üzrə qanunsuz sənədlər aşkarlayıblar. Nəticədə, həbs edilmələri üçün onlar MDB məkanında dövlətlərarası axtarışa veriliblər.

Qeyd edək ki, Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın qardaşı Levon Sarkisyan 1998-ci ildən Suriya, Tunis və İordaniyada səfir vəzifəsində çalışıb. 2010-cu ildə isə Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri təyin edilib.

Leyla Elbrusqızı
AzVision.az



Teqlər: Ermənistan  





Xəbər lenti