Bioenerji enerjiyə olan tələbatımızı ödəmək üçün istifadə edə bilcəyimiz əlçatan mənbələrdən biridir. Bərpa olunan enerji mənbələrinə aid edilir, istilik, elektrik enerjisi, nəqliyyat yanacağı və digər məhsulların istehsalına imkan verən biokütlədən - təbii, bioloji materiallardan alınır. Biokütlə günəş enerjisini özündə kimyəvi enerji şəklində depolayan istənilən təbii materiala deyilir. Ağac, odun, ağac tullantıları, təbii məişət tullantıları, saman, heyvan atqıları, pambıq çöpləri və s. kimi istənilən kənd təsərrüfatı tullantısı biokütləyə misal ola bilər. Ümumilikdə bioenerji biokütlə, bioyanacaq, bioelektrik və s. kimi növlərə ayrılır ki, seminar çərçivəsində bütün bu növlər və onlar hesabına enerji istehsalı texnologiyaları haqqında məlumat veriləcək.
Seminarın təqdimatçı Cahid Mikayılovdur. Seminarda iştirak pulsuzdur və qeydiyyat tələb edilmir.
Seminarla bağlı xəbərləri bu “
event”dən izləmək olar.