Ən çox qızıl ehtiyatına sahib ölkələr açıqlandı

Ən çox qızıl ehtiyatına sahib ölkələr açıqlandı
  06 Sentyabr 2018    Oxunub:2628
Dünyada ən çox qızıl ehtiyatına sahib ölkələrin adları açıqlanıb.
AzVision.az xəbər verir ki, Dünya Qızıl Şurasının tərtib etdiyi reytinq siyahısında dünya üzrə ən çox qızıl ehtiyatlarına malik olan ölkələr sıralanıb. Siyahıya 8 min 133 ton qızıl ehtiyatı ilə ABŞ başçılıq edir. İkinci yerdə 3 min 369 ton qızılla Almaniya, üçüncü isə 2 min 814 ton qızıl ehtiyatı ilə Beynəlxalq Valyuta Fondudur.

İlk onluğun digər pillələrində müvafiq olaraq İtaliya, Fransa, 1944 ton qızılla Rusiya, 1842 ton ehtiyatla Çin, daha sonra İsveçrə, Yaponiya və Hollandiya qərarlaşıb.

Qardaş Türkiyə isə 240 tonla dünyada ən çox qızıl ehtiyatına sahib 21-ci ölkədir.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: ABŞ   Rusiya   Çin   Türkiyə   Qızıl  





Xəbər lenti