Saxta dollar satan şəxs tutuldu

Saxta dollar satan şəxs tutuldu
  06 Sentyabr 2018    Oxunub:1140
Sentyabrın 5-də Kürdəmir rayonunun Ərşəli kənd sakini olan bir qadın RPŞ-yə ərizə ilə müraciət edərək sentyabrın 4-də evinə gəlmiş həmkəndlisi Ramiz Hüseynovun ona dəyişmək məqsədilə 81 ədəd 50 ABŞ dollarlıq əskinas verməsini, sonradan həmin əskinasların saxta olmasını aşkar etməsini bildirib.
Daxili İşlər Nazirliyindən AzVision.az-a verilən məlumata görə, Kürdəmir RPŞ-nin əməkdaşları tərəfindən R.Hüseynovun evinə baxış zamanı dövriyyədən çıxarılmış 9640 belarus rublu aşkar edilərək götürülüb. Araşdırma aparılır.

AzVision.az


Teqlər: DİN   Dollar  





Xəbər lenti