Əfqanıstanda “Taliban”la qarşıdurma - 19 ölü

Əfqanıstanda “Taliban”la qarşıdurma - 19 ölü
  06 Sentyabr 2018    Oxunub:2637
Bu gecə Əfqanıstanın Baqdis və Tahar əyalətlərində “Taliban” hərəkatı ilə Əfqanıstan Silahlı Qüvvələri və polisi arasında yaşanan silahlı qarşıdurma nəticəsində 19 nəfər ölüb.
AzVision.az xəbər verir ki, bu barədə “Ariana News” telekanalı yerli polisə istinadən məlumat yayıb.

Bildirilir ki, Baqdisin qərb hissəsinə hücum təşkil edən “Taliban”ın dayandırılması üçün Əfqanıstan ordusunun hərbçiləri göndərilib. Terrorçularla qarşıdurmada 11 əfqan hərbçisi ölüb. Qarşı tərəfin itkisi barədə dəqiq məlumat yoxdur.

Tahar əyalətində isə “Taliban” Əfqanıstan polisinin 8 əməkdaşını güllələyərək, daha sonra cəsədlərini yandırıb.

“Taliban” polislərin öldürülməsinə görə məsuliyyəti öz üzərinə götürsə də, onların sayının 8 yox, 9 olduğunu bildirib.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Əfqanıstan   Taliban  





Xəbər lenti