Koreya liderlərinin növbəti görüş vaxtı dəqiqləşdi

Koreya liderlərinin növbəti görüş vaxtı dəqiqləşdi
  06 Sentyabr 2018    Oxunub:2459
Şimali və Cənubi Koreya liderləri Kim Çen Inla Mun Çje In arasındakı növbəti görüş 18-20 sentyabr tarixlərində Şimali Koreyanın paytaxtı Pxenyanda keçiriləcək.
AzVision.az xəbər verir ki, bu barədə Kim Çen Inla görüşdən qayıdan Cənubi Koreya prezidentinin xüsusi elçisi Çon Iyonq bildirib.

“Tərəflər 18-20 sentyabr tarixlərində Pxenyanda üç günlük sammit keçirmək, həmçinin, sammitin baş tutanadək Keson şəhərində Koreyalararası əlaqə ofisinin açılması barədə razılığa gəliblər. Sammitdə tərəflər Phanmuncom bəyannaməsinin icra edilməsi, Koreya yarımadasının nüvəsizləşdirilməsi, çiçəklənməsi və burada davamlı sülhə nail olunmasının əməli yollarını müzakirə edəcəklər.” – deyə, Çon Iyonq vurğulayıb.

Cənubi Koreya prezidentinin xüsusi elçisi onu da əlavə edib ki, Kim Çen Inla görüşündə Şimali Koreya lideri yarımadanın tam nüvəsizləşdirilməsinə sadiq qaldığını və bu istiqamətdə ABŞ-la əməkdaşlığı davam etdirəcəyini deyib.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Koreya   ABŞ  





Xəbər lenti