Gürcüstanda ağır qəza - 7 azərbaycanlı yaralandı (VİDEO)

Gürcüstanda ağır qəza - 7 azərbaycanlı yaralandı (VİDEO)
  06 Sentyabr 2018    Oxunub:9573
Gürcüstanda Tbilisi-Qırmızı körpü avtomagistralının 33-cü kilometrliyində, Kvemo-Kartli rayonunun Alqeti kəndində ağır yol qəzası olub. Avtomobillə mikroavtobusun toqquşması nəticəsində 8 nəfər xəsarət alıb. Onlardan 7-si azərbaycanlıdır. Yaralılar xəstəxanaya yerləşdirilib.
AzVision.az “Sputnik Qruziya”ya istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Rustavi Şəhər Mərkəzi Xəstəxanasının travmatoloqu David Baçilavanın sözlərinə görə yaralılardan 4-nün vəziyyəti ağırdır və əməliyyat olunacaqlar. Digərləri isə ilkin tibbi yardım və müayinədən sonra evə buraxılacaqlar.

Xəsarət alanların qohumları bildiriblər ki, marşrut taksisində olan azərbaycanlılar Lecbəddin kəndindən Tbilisiyə yas mərasiminə gedirmişlər.



Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Gürcüstan   Azərbaycan   Tbilisi  



Xəbər lenti