“S-400”lərin Türkiyəyə təhvil veriləcəyi tarix açıqlandı

“S-400”lərin Türkiyəyə təhvil veriləcəyi tarix açıqlandı
  07 Sentyabr 2018    Oxunub:2270
Rusiya “S-400” raket əleyhinə müdafiə sistemlərini Türkiyəyə gələn ilin ortasında təhvil verəcək. AzVision.az xəbər verir ki, bunu Rusiyanın Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətinin (HTƏFX) rəisi Dmitri Şuqaev bildirib.
O, qeyd edib ki, müqavilənin icrası qrafikə uyğun gedir.

Qeyd edək ki, “S-400” raket əleyhinə müdafiə sistemləri daha öncə 2020-ci ildə təhvil veriləcəyi bildirilsə də, Putin və Ərdoğan arasındakı görüşdə vaxtın tezləşdirilməsi barədə razılıq əldə edilmişdi.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Rusiya   S-400   Türkiyə  





Xəbər lenti