Trampın “Twitter” hesabı bağlana bilər

Trampın “Twitter” hesabı bağlana bilər
  07 Sentyabr 2018    Oxunub:2206
ABŞ prezidenti Donald Tramp “Twitter”in qaydalarına riayət etməsə, hesabı bağlana bilər.
AzVision.az xəbər verir ki, bunu mikrobloqun hüquq departamentinin rəhbəri Vijaya Gadde deyib.

“Twitter”in daha öncə irqçi və şiddətə təşviq edən hesabları bağladığını xatırladan department rəhbəri, ABŞ prezidentinin müəyyən olunan qaydalara əməl etmədiyi təqdirdə hesabının bağlana biləcəyini xatırladıb”.

Qeyd edək ki, sosial şəbəkə istifadəçiləri Donald Trampın “Twitter” hesabının bağlanması ilə bağlı kampaniyaya başlayıblar.

Kənan Məmmədov
AzVision.az


Teqlər: Twitter   Tramp  





Xəbər lenti