Braziliyada prezidentliyə namizəd bıçaqlandı - Video

Braziliyada prezidentliyə namizəd bıçaqlandı - Video
  07 Sentyabr 2018    Oxunub:2285
Braziliyada prezidentliyə namizəd Sosial Liberal Partiyasının nümayəndəsi Jair Bolsonaruya mitinq zamanı hücum edilib.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, insident ötən gün Braziliyanın Juis de Fora şəhərində baş verib. Naməlum şəxs onun qarın nahiyyəsinə bıçaq zərbəsi endirib. Nəticədə ağır xəsarət alan Jair Bolsonaru xəstəxanaya aparılıb.

Həyati təhlükəsi olmasa da həkimlər onun azı 10 gün xəstəxanada qalmalı olacağını qeyd ediblər.



AzVision.az


Teqlər: Braziliya  





Xəbər lenti