Qazaxıstanda polis öz komandirini güllələdi

Qazaxıstanda polis öz komandirini güllələdi
  07 Sentyabr 2018    Oxunub:2606
Qazaxıstan Daxili İşlər Nazirliyinin Qərbi-Qazaxıstan əyalətinin Akjaisk rayonundakı bölməsində polis serjantı xidməti silahı ilə öz komandirini güllələyib.
AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, hadisə ötən günün ikinci yarısında Akjaisk rayonunun Çapayevo qəsəbəsində baş verib.

Əyalət polisinin mətbuat xidmətinin məlumatına əsasən, 1994-cü il təvəllüdlü polis serjantı 1986-cı il təvəllüdlü tağım komandirinə atəş açıb. Komandir aldığı güllə yaralarından yerindəcə keçinib.

Hazırda insidentlə bağlı cinayət işi açılıb, polis serjantının öz komandirini öldürmə səbəbləri araşdırılır.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Qazaxıstan  





Xəbər lenti