Zaxarova Əliyev-Putin görüşünü şərh etdi

Zaxarova Əliyev-Putin görüşünü şərh etdi
  07 Sentyabr 2018    Oxunub:3942
Rusiya ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin inkişafını həvəslə izləyirik.
AzVision.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə "Rusiya XİN Azərbaycan və Rusiya prezidentlərinin Soçidə keçirdikləri son görüşü necə dəyərləndirir? Bu görüş iki ölkə arasında hərtərəfli əməkdaşlıq sisteminin yaradılması prosesində hansı rolu oynayır?” sualını cavablandırarkən belə deyib. Bildirib ki, Rusiya XİN prezidentin gündəliyni və görüşlərini şərh etmir. Bu barədə məlumatlar Rusiya Federasiyası prezidentinin rəsmi saytında yerləşdirilir.

Bununla belə Zaxarova vurğulayıb ki, iki ölkə arasında münasibətlər dinamik şəkildə inkişaf edir.

"Rusiya ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin inkişafını həvəslə izləyirik. Münasibətlrimiz dinamik şəkildə inkişaf edir və bunun üçün böyük potensial mövcuddur. Bu istiqamətdə bir sıra işlər görülüb və bəziləri də həyata keçirilmə mərhələsindədir." - deyə, Zaxarova bildirib.

Rusiya XİN rəsmisi onu da vurğulayıb ki, Azərbaycanla Rusiya regional təhlükəsizlik üzrə həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində olduqca müsbət və faydalı əməkdaşlıq edirlər. Bu sahədə ölkələrimiz arasında müvafiq mexanizmlər üzrə bir sıra qurumlar, o cümlədən Xarici İşlər Nazirlikləri səviyyəsində məsləhətləşmələr aparılır. Zaxarovanın sözlərinə görə, Azərbaycanla Rusiya arasında bütün sahələrdə çox gözəl dialoq mövcuddur.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Azərbaycan   Rusiya  





Xəbər lenti