Vitse-spiker Paşinyanı tənqid etdi

Vitse-spiker Paşinyanı tənqid etdi
  07 Sentyabr 2018    Oxunub:2570
“Ermənistan-Rusiya arasında münasibətlər yaxşı günlərini yaşamır. Dünən Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın təsdiqlədiyi kimi bu münasibətlərdə ciddi problemlər var”.
AzVision.az xəbər verir ki, bunu Ermənistan parlamentinin sədr müavini, Respublikaçılar partiyasının mətbuat katibi Eduard Şarmazanov bildirib.

“Baş nazir Paşinyan bir söz deyir, təhlükəsizlik şurasının katibi də başqa bir söz. Bizimlə yumoristik dildə danışmaq lazım deyil. Biz müxalifət olaraq faktları deyirik. Paşinyanın “Rusiya Ermənistandakı yeni hakimiyyətlə uyğunlaşmalıdır” deməsi və ya Lavrovun açıqlamasına yumoristik cavab verməsi iki dövlət arasında olan münasibətlərə, həmçinin Rusiyada yaşayan ermənilərin imcinə müsbət təsir göstərməyəcək”.

O, qeyd edib ki, Ermənistan-Avropa münasibətlərində də problem yaranıb: “Avropaya gedib deyirlər ki, biz inqilab etmişik, bizə niyə pul vermirsiniz?. ABŞ-ın Ermənistandakı səfirinin açıqlamasından da məlum oldu ki, Birləşmiş Ştatlar tərəfindən ciddi sərmayə layihələri yoxdur. ABŞ və ya Avropa ilə münasibətləri inkişaf etdirdilər, indi də qaldı Rusiya ilə münasibətləri inkişaf etdirmək. Problem ondadır ki, bu insanların konsepsiyası yoxdur”, deyə Şarmazanov vurğulayıb.

Alpər Mövludoğlu
AzVision.az




Teqlər: Ermənistan  





Xəbər lenti