Ruhanidən Türkiyə və Qərbə Suriya mesajı
Fürsətdən istifadə edərək Ruhani ABŞ başda olmaqla, İranın Suriyadan çıxmasını tələb edən qərb ölkələrinə mesaj da göndərib. Həmin mesajdan Türkiyəyə də pay düşüb.
“İran İslam Respublikasının Suriyadakı mövcudluğu bu ölkənin leqitim hökumətinin istəyinə əsaslanır. Bizim Suriyada iştirakımız nə də keçmişdə, nə gələcəkdə öz qərar və baxışlarımızı zorla qəbul etdirmək niyyəti daşımayıb. Regiondakı bəzi ölkələrin terror və separatizm narahatlığını başa düşürük. Amma bunun üçün ən təsirli variantın Suriya hökuməti ilə əməkdaşlıq olduğuna əminik. Biz sülh üçün döyüşürük. Odur ki, bu mübarizədən mülki əhali zərər çəkməməlidir. İşğalçı Sionist rejimi isə terrorla mübarizə apardığını iddia edə bilməz. Bu rejim işğal etdiyi Suriya torpaqlarını dərhal tərk etməlidir. Sionist rejimi dəstəkləyən ABŞ-dan da Suriya böhranında müsbət və konstruktiv rol oynayacağını gözləmək olmaz. Suriyanın gələcəyinə dair ilk və son qərar yalnız Suriya xalqına məxsusdur.” – deyə, İran prezidenti bildirib.
Qeyd edək ki, məhz bu sammitdə İdlibin taleyinə - ora birgə hücumun təşkil edilib-edilməməsinə, yaxud Bəşər Əsəd hökumətinə bu məsələdə dəstək verilməsi məsələsi barədə qərar qəbul ediləcəyi ehtimal olunur.
Leyla Elbrusqızı
AzVision.az
Teqlər: Türkiyə İran Rusiya Suriya