Ermənistanda sabiq polis komandanı istintaqa cəlb olunub

Ermənistanda sabiq polis komandanı istintaqa cəlb olunub
  07 Sentyabr 2018    Oxunub:2355
Ermənistan Polisinin sabiq rəis müavini, polis qoşunlarının komandanı Levon Yeranosyan “Elektrik İrəvan” işi üzrə açılan cinayət işi çərçivəsində istintaqa cəlb olunub.
AzVision.az xəbər verir ki, bu barədə Ermənistanın Xüsusi İstintaq Xidməti məlumat yayıb. Qeyd olunub ki, istintaq çərçivəsində Yeranosyan dindirilərək cinayət işi üzrə ifadəsi alınıb.

Xüsusi İstintaq Xidməti keçmiş polis müavininndindirilməsi ilə bağlı əlavə şərh verməyib.

Qeyd edək ki, 2015-ci ilin 23 iyununda Ermənistanın paytaxtında keçirilən “Elektrik İrəvan” etirazları zamanı polis jurnalistlərə güc tətbiq edərək onların informasiya toplamaq hüququnu pozub. Nəticədə jurnalistlərə fiziki və maddi zərər dəyib. Açılan cinayət işi üzrə İrəvan polisinin 4 əməkdaşı və keçmiş müstəntiq, hazırda isə məhkəmədə hakim işləyən Arşak Vardanyan ittiham olunurlar.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Ermənistan   Polis  





Xəbər lenti