191 min miqrant ABŞ-dan qovulub
Statistikaya görə, ABŞ-dan qovulan miqrantlar əsasən gizlin şəkildə ölkəyə daxil olmaq istəyərkən Meksika ilə sərhəddə tutulanlar və Amerika ərazisində müxtəlif qanun pozuntuları törətdiklərinə görə həbs edilənlərdir. Bu il cinayət törədərək həbs olunan həmin miqrantların sayında isə 17% artım baş verib.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp ölkədəki bütün miqrantların qovulmasını tələb edir. Trampın fikrincə, Amerikadakı miqrantların hamısı “heyvan” və cinayətkar, ABŞ cəmiyyəti və ölkənin milli təhlükəsizliyi üçün böyük risk mənbəyidirlər. Bu cür mövqeyinə görə Tramp ciddi tənqid obyektinə çevrilib, beynəlxalq təşkilatlar ABŞ-ı insan hüquqlarını kobud şəkildə pozmaqda ittiham ediblər. Hazırda Amerikada 12 milyondan çox qanunsuz miqrant yaşayır.
Leyla Elbrusqızı
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


