İranın konsulluğu yandırıldı - İraqda iğtişaşlar

İranın konsulluğu yandırıldı - İraqda iğtişaşlar
  08 Sentyabr 2018    Oxunub:3022
İraqda iğtişaşlar davam edir.
AzVision.az “RİA “Novosti”yə istinadən xəbər verir ki, etirazçılar Bəsrə şəhərində İranın konsulluğunu yandırıblar. Ötən gün isə İran yönümlü siyasi partiyaların və hərəkatların ofislərinə od vurulmuşdu.

Qeyd edək ki, etiraz aksiyasının iştirakçıları hakimiyyətdən şəhərin içməli su və elektrik enerjisi ilə təchiz edilməsini tələb edirlər. Nümayişçiləri dağıtmağa çalışan ordu birləşmələri gözyaşardıcı qazdan və odlu silahlardan istifadə edirlər.

AzVision.az


Teqlər: İraq   İran   İğtişaş   Konsulluq  





Xəbər lenti