"Mən qorxmuram, faktları deyirəm" - Qurban Qurbanov

"Mən qorxmuram, faktları deyirəm" - Qurban Qurbanov
  08 Sentyabr 2018    Oxunub:5863
Millimizin baş məşqçisi Qurban Qurbanov UEFA Millətlər Liqasının ilk turunda evdə Kosovo ilə qolsuz bərabərə qaldıqları oyundan sonra mətbuat konfransı keçirib. O, əvvəlcə matç barədə fikirlərini bildirib.
- Ağır oyun oldu. Bunu gözləyirdik. Rəqibin fərdi ustalıqlı oyunçuları var idi. İlk yarıda hər iki komanda ehtiyatlı idi, fasilədən sonra daha maraqlı oldu. Futbolçularımın nizam-intizamlarından razı qaldım.

- Sizə elə gəlmirmi ki, start heyəti səhv seçmişdiniz? Çünki ikinci hissədə meydana daxil olan futbolçular oyunun axarını dəyişə bildilər.

- Mən buna qorxaq futbol deməzdim. İlk yarıda rəqibin fərdi hazırlıqlı futbolçularının qarşısını aldıq.

- Milli komanda bundan da yaxşı oyuna qadirdir?

- Mütləq qadirdir. Bunun üçün futbolçular yaxşı çempionatlarda olmalıdır. Mən qorxmuram, sadəcə, faktları deyirəm. Futbolçularımızın daha yaxşı oynamaq potensialları var. Bunu gələcəkdə görəcəyik.

- Qələbəyə nə mane oldu?

- Rəqibi taktiki cəhətdən düzgün analiz etmişdik. Lakin çempionat aşağı səviyyədədirsə, ustalığı artırmaq mümkünsüzdür. Futbolçularımız sonadək aqressiv ola bildilər və rəqibdən çəkinmədilər.

- Cavid İmamverdiyev Malta ilə səfərdə oynaya bilər?

- Ola bilər. Amma bu, hazırlıqdan asılı olacaq. (Qol.az)

AzVision.az




Teqlər:





Xəbər lenti