Ermənistanda sərnişin avtobusu yanıb - FOTOLAR

Ermənistanda sərnişin avtobusu yanıb - FOTOLAR
  08 Sentyabr 2018    Oxunub:2706
Ermənistanın Tavuş əyalətində bu gecə Gürcüstandan gələn sərnişin avtobusu yanıb.
AzVision.az “Shamshyan.com”a istinadən xəbər verir ki, Tavuş əyalətinin Berdavan kəndində Gürcüstandan Ermənistana gələn sərnişin avtobusu bilinməyən səbəblərdən qəfil alovlanmağa başlayıb.



Qısa zamanda yanğın bütün avtobusu əhatə edib. Lakin alova çevik reaksiya verildiyindən insident nəticəsində ölən və yaralanan yoxdur. Qeyd olunur ki, yanan sərnişin avtobusu “Qokor-tur” turizm agentliyinə məxsusdur.



Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Ermənistan  



Xəbər lenti