Avtobus yük maşını ilə toqquşdu - 15 ölü

Avtobus yük maşını ilə toqquşdu - 15 ölü
  08 Sentyabr 2018    Oxunub:2959
Bu gün səhər saatlarında Əfqanıstanın Qəndahar əyalətində avtobusun yük maşını ilə toqquşması nəticəsində 15 nəfər ölüb, 25 nəfər müxtəlif bədən xəsarətləri alıb.
AzVision.az xəbər verir ki, bu barədə yerlıi “TOLOnews” telekanalı Qəndahar əyaləti qubernatorluğunun rəsmi nümayəndəsi Əziz Əhmədə istinadən məlumat yayıb. Qeyd olunur ki, qəza səhər saat 06:00-da Jari rayonunda baş verib.

Rəsminin sözlərinə görə, ölənlərin sırasında qadın və uşaqlar üstünlük təşkil edir. Yaralıların bir neçəsinin vəziyyəti isə kritikdir.

Leyla Elbrusqızı
AzVision.az




Teqlər: Əfqanıstan  



Xəbər lenti